Oktyabrın 2-dən 4-dək Dağıstanın Levaşi rayonunda Rusiyanın ictimai və dövlət xadimi Nurbaqand Qapizovun xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə 1995-1997-ci il təvəllüdlü gənclər arasında I beynəlxalq turnir keçiriləcək.
AZƏRTAC xəbər verir ki, turnirdə sərbəst güləş üzrə gənclərdən ibarət Azərbaycan yığma komandasının üzvləri də iştirak edəcəklər. Böyük məşqçi Əsgərxan Novruzovun və məşqçi Siracuddin Eldarovun rəhbərliyi altında turnirə 8 idmançı yollanacaq.Heyətdə Arif Hüseynov (50 kq), Əfqan Xaşalov (55 kq), Əli Rəhimzadə (60 kq), Pənah İlyaslı (66 kq), Murad Süleymanov (74 kq), Hacımurad Məhəmmədsəidov (84 kq), Məhəmmədrəsul Qazıməhəmmədov (96 kq) və Həmzətxan İsrapilov (120 kq) yer alacaqlar.