Nepallı atlet 75 pillədən ibarət pilləkəni əlləri üstə düşərək “Ginnes” rekordunu qırıb

Nepallı atlet 75 pillədən ibarət pilləkəni əlləri üstə düşərək “Ginnes” rekordunu qırıb backend

Nepallı atlet 75 pillədən ibarət pilləkəni əlləri üstə düşərək “Ginnes” rekordunu qırıb.

AZƏRTAC “World 24”-ə istinadla xəbər verir ki, Hari Çandra Giri adlı 29 yaşlı idmançı Katmandudakı Jamchen Vijaya Buddist məbədindəki pilləkənləri cəmi 25,03 saniyəyə əlləri üstə enib.

Beləliklə, o, əlləri ilə 75 pilləni ən sürətli enmə nailiyyətini üstələyib. Bundan əvvəlki rekord 9 il əvvəl ABŞ-dan olan Mark Kenni tərəfindən müəyyən edilmişdi - 30,8 saniyə.

Bu, Nepal idmançısının vurduğu dördüncü rekorddur. Girinin sözlərinə görə, o, kiçik yaşlarından əlləri üstə yeriyir. Bu bacarıq ona əvvəllər üç dünya rekordu vurmağa kömək edib. Nepallı əlləri ilə 50 pilləni ən tez enən, eyni zamanda, ayaqları arasında futbol topunu saxlayaraq əlləri ilə 10 və 50 metr məsafəni ən sürətli yeriyən şəxs olub.

 

 

Diaspora