"Fənərbaxça"nın gənc ulduzu Arda Gülər ispanların dünya nəhəngi "Real Madrid"ə transfer olunub. Mərasimdə gənc futbolçu onu 6 illik “Real Madrid” oyunçusu edəcək müqaviləyə imza atıb.
Qaziler.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, "Real Madrid"in prezidenti Florentino Peresin də iştirak etdiyi imza mərasimində Ardanın türk dilində danışmaq istəyi diqqət çəkib. Türkiyəli futbolçunun bu hərəkəti ölkəsində rəğbətlə qarşılanıb.
Toplantıya çoxlu ispan jurnalist axın edib. Arda Gülər isə görüşdən əvvəl səlahiyyətlilərə ingilis dilini bilsə də, sualları türkcə cavablandırmaq istədiyini bildirib.
Tərcüməçi də görüşdən əvvəl "Mətbuat konfransına xoş gəlmisiniz. İngiliscə bilir, amma türkcə danışmaq istəyir. Suallarınızı türkcə cavablandıracaq. Suallarınızı ispanca versəniz, ona tərcümə olunacaq və Arda da cavab verəcək" deyə qeyd edib.
QAZİLER.AZ