Platini Blatterdən pul aldığını etiraf etdi

Platini Blatterdən pul aldığını etiraf etdi backend

UEFA prezidenti Mişel Platini FİFA-nın başçısı Yozef Blatterdən həmin təşkilatla müqavilə üzrə görülmüş işə görə iki milyon İsveçrə frankı aldığını təsdiqləyib. Azərtac Vesti.ru saytına istinadla xəbər verir ki, Mişel Platini FİFA-da korrupsiya işi ilə bağlı şahid qismində ifadə verib. Bunu təsdiqləyən UEFA prezidenti deyib: “Bu gün mən FİFA-da korrupsiya işinin istintaqı üzrə İsveçrə hakimiyyət orqanları tərəfindən dindirildim. Ödənişə gəlincə, bəyan etmək istəyirəm ki, bu məbləğ mənim FİFA ilə müqaviləyə uyğun olaraq gördüyüm işə aiddir”. Mişel Platini, həmçinin qeyd edib ki, hakimiyyət orqanları ilə bütün məsələlərə aydınlıq gətirməyə nail olduğu üçün şaddır və istintaqla istənilən vaxt əməkdaşlıq etməyə hazırdır.

Xatırladaq ki, sentyabrın 24-də İsveçrə prokurorluğu Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Yozef Blatterə qarşı səhlənkarlıq və mənimsəmə maddələri ilə cinayət işi qaldırıb. Bununla yanaşı, o, UEFA-nın rəhbəri Mişel Platiniyə FİFA-nın vəsaitindən qanunsuz olaraq iki milyon İsveçrə frankı ödəməkdə şübhəli bilinir. Guya bu vəsait 1999-cu ildən 2002-ci ilədək olan dövrdə yerinə yetirilmiş işlərə görə verilib, amma ödəniş yalnız 2011-ci ildə həyata keçirilib.
Diaspora