Türkiyədə “Samsunspor”un sahibi, iş adamı Yüksəl Yıldırım “Fransa Liqa 2”nin yeni komandası “USL Dunkerque”nin səhmlərinin 85 faizinə sahib olub.
Qaziler.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, Fransa Klublar Assosiasiyası da satışı təsdiqləyib. Yüksəl Yıldırım idman direktoru vəzifəsi üçün Demba Ba ilə də anlaşıb.
İş adamı Türkiyədə daha əvvəl həyata keçirilməyən bir futbol modeli yaratmaq istədiyini bildirib.
Yüksel Yıldırım çatışmazlıqlarını tamamlamaq, xarici dil öyrənmək və özlərini təkmilləşdirmək üçün “Samsunspor”da olan futbolçuları Fransaya göndərəcəklərini, “Dunkerque” forması geyinəcəklərini bildirib. Yüksəl Yıldırım "Fenerbahçe"nin keçmiş idman direktoru Daniel Comollinin sədri olduğu “Fransa Liqa 1” komandası “Tuluza” ilə 3 illik əməkdaşlıq müqaviləsi imzaladığını da qeyd edib.
QAZİLER.AZ