Erməni hakim Türkiyə himninə qarşı hörmətsizlik etdi, cəzalandırıldı - VİDEO

Erməni hakim Türkiyə himninə qarşı hörmətsizlik etdi, cəzalandırıldı - VİDEO backend

Moldovanın paytaxtı Kişineuda keçirilən ağır atletika üzrə 15 və 17 yaşlı yeniyetmə oğlan və qızlar arasında Avropa birinciliyində erməni hakim Nazik Avdalyan Türkiyə himninə qarşı hörmətsizlik edib.

Oxu.Az xəbər verir ki, mükafatlandırma mərasimi zamanı Türkiyə himni səslənərkən zalda hər kəs hörmət əlaməti olaraq ayaq üstə hərəkətsiz dayansa da, erməni qadın hakim himnə məhəl qoymayıb. O hərəkət edib, telefonla məşğul olub.

Türkiyə himninə qarşı hörmətsiz davranışına görə Avdalyan cəzalandırılıb. O, ehtiyat hakimliyə göndərilib.

Diaspora