“Qarabağ”dan İsveçin “Yurqorden” klubuna transfer olunan Azərbaycan millisinin üzvü Musa Qurbanlının ingilis dilində verdiyi müsahibə gündəm olub.
Oxu.Az xəbər verir ki, azarkeşlər 21 yaşlı forvardın ingiliscə səlis danışmasını müsbət qarşılayıblar.
Gənc hücumçu müsahibədə “Yurqorden”i niyə seçdiyinin səbəbini açıqlayıb:
“Başqa klublardan da maraq var idi. “Yurqorden”in seçməyimin səbəbi odur ki, bura gələn kimi onların mənə qarşı ciddi münasibətinin, güclü marağının olduğunu gördüm. Digər klubların heç birinin marağı “Yurqorden”in göstərdiyi ölçüyə uyğun gəlmədi. Bu amil vacib idi”.
Musa Qurbanlı, həmçinin, yeni klubunun oyununu izlədiyini və böyük komanda olduğunu qeyd edib.
Həmin müsahibəni təqdim edirik: