"Barselona"nın prezidenti Laporta bildirib ki, klub Messiyə 2025-ci ilə qədər maaş ödəyəcək.
Qaziler.az bildirir ki, "Barselona"nın prezidenti Joan Laporta klubun keçmiş futbolçusu Lionel Messinin maaşından danışıb. Onun sözlərini "Mundo Deportivo" yayıb.
“Onun əvvəlki direktorlar şurası ilə razılaşdırılmış maaşı təxirə salınmışdı. Ödənişlər 2025-ci ildə başa çatır. Ona artıqlaması ilə maaş verilir”, - Laporta bildirib.
7 iyunda Messinin Amerikanın futbol üzrə əsas liqasındakı "İnter Mayami"də davam etdirəcəyi məlum olub.
Messi 2021-ci ildən "Pari Sen-Jermen"-də oynayıb və onunla iki dəfə Fransa çempionu olub.
Futbolçu 2005-ci ildən 2021-ci ilə kimi karyerasının böyük hissəsini “Barselona”da keçirib. Kataloniyalıların tərkibində on dəfə İspaniya çempionu olub, dörd dəfə Çempionlar Liqasının qalibi olub.
QAZİLER.AZ