Kişilərdən ibarət çimərlik futbolu üzrə Azərbaycan millisi Polşada təşkil olunan III Avropa Oyunlarında 5-8-ci yerlər uğrunda mübarizə aparacaq.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, yığma Polşa (2:7) və Portuqaliyanın (2:5) ardından yer aldığı A qrupunda İspaniyaya da məğlub olub.
Azərbaycan seçməsi Elşad Manafovun 10-cu dəqiqədə vurduğu qolla hesabı açsa da, sonda 1:7 hesabı ilə uduzub.
Yığma iyunun 30-da 5-8-ci yerlər uğrunda ilk görüşünü keçirəcək.