Polşada keçirilən III Avropa Oyunlarında atıcılıq yarışları davam edir.
QAZİLER.AZ Trend -ə istinadən xəbər verir ki, bu gün tapançadan 25 metr məsafəyə atəşaçma yarışlarında kişi snayperlərin mübarizəsi start götürüb.
Azərbaycan təmsilçisi Ruslan Lunyov da çıxış edib. O, 300 mümkün xaldan 292-ni toplayıb. İdmançımız ilk günü 6-cı yerdə başa vurub.
30 idmançı arasında Aydan Camalova 75 hədəfdən 68-ni dəqiq nişan almaqla 18-ci, Ülviyyə Eyvazova isə 64 dəqiq atəşlə 26-cı yeri tutub.
Qadın atıcılar iyunun 30-da təsnifat mərhələsinin ikinci günündə mübarizə aparacaqlar.
Qeyd edək ki, təsnifat mərhələsinə iyunun 30-da yekun vurulacaq.