DİN-in İdman Cəmiyyəti kikboksinq üzrə çempionatda 1-ci yerə layiq görülüb

DİN-in İdman Cəmiyyəti kikboksinq üzrə çempionatda 1-ci yerə layiq görülüb backend

Azərbaycan Kikboksinq Federasiyasının "Xəzər" Kikboksinq İdman Klubunun üçüncü açıq çempionatı keçirilib.

QAZİLER.AZ  AZƏRTAC-a istinadən xəbər verir ki, yarışda 25 komandadan 350 idmançı öz güclərini sınayıb.

Yarışda Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin Kikboksinq bölməsi 59 medal qazanaraq komanda hesabında 1-ci yerə layiq görülüb.

Komanda 30 qızıl, 13 gümüş, 16 bürünc medal əldə edib.

Bu yarışa idmançıları kikboksinq üzrə yeniyetmə və gənclərin yığma komandasının baş məşqçisi, Əməkdar məşqçi Hikmət Hacıyev hazırlayıb.