Azərbaycan boksçusu Avropa Oyunlarında erməni rəqibinə qalib gəlib (FOTO)

Azərbaycan boksçusu Avropa Oyunlarında erməni rəqibinə qalib gəlib (FOTO) backend

Azərbaycan boksçusu Məhsəti Həmzəyeva-Ağamalıyeva Polşada keçirilən III Avropa Oyunlarında mübarizəyə başlayıb. 57 kq çəki dərəcəsində mübarizə aparan yığma üzvü 1/8 finalda Tatevik Xaçatryanla (Ermənistan) qarşılaşıb.

QAZİLER.AZ  Trend-ə istinadən verdiyi məlumata görə, döyüş Həmzəyeva-Ağamalıyevanın qələbəsi ilə başa çatıb.Hər 3 raundu xeyrinə bitirən Məhsəti yekunda 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib.

Bununla da Avropa Oyunlarında 1/4 finala yüksələn Azərbaycan boksçularının sayı 4-ə çatıb. Məhsətidən öncə Sərxan Əliyev (71 kq),

Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) bu hüquqa yiyələnib.

Qeyd edək ki, 1/4 final döyüşləri iyunun 28-də keçiriləcək.

 

 

Diaspora