Berlin şəhərində keçirilən Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında uğurla iştirak etdik. Ötən turnirlə müqayisədə bu dəfə daha yüksək nəticələr qazandıq.
QAZİLER.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Xüsusi Olimpiya Komitəsinin sədri Şahin Əliyev deyib.
O qeyd edib ki, bu turnirdə ilk dəfə olaraq ölkəmiz bədii gimnastika üzrə yarışlarda da təmsil olundu. Gimnast Mehriban Tağıyeva 1 qızıl və 3 bürünc medal qazandı. Ümumi hesabda MDB ölkələri arasında Azərbaycan birinci yeri qazandı.
Qeyd edək ki, Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında ölkəmizi fərqli idman növləri üzrə 49 idmançı təmsil edib. Millimiz 6 qızıl, 5 gümüş və 13 bürünc medal olmaqla, 24 medal qazanıb.