"Siti"nin sabiq oyunçusu "Barselona"ya keçdi

"Siti"nin sabiq oyunçusu "Barselona"ya keçdi backend

“Mançester Siti”nin sabiq yarımmüdafiəçisi İlkay Gündoğan “Barselona”ya keçib.

QAZİLER.AZ  Lent.az-a istinadən xəbər verir ki, bu barədə İspaniya komandasının rəsmi saytı məlumat yayıb.

İlkay Gündoğan “Mançester Siti” ilə müqaviləsi başa çatdıqdan sonra “Barselona” ilə müqavilə imzalamağa razı olub:

“Gündoğan müqaviləsini daha bir il uzatma ehtimalı ilə 2 mövsüm bizə qoşulacaq. İlkay üçün sərbəst qalma müavinəti 400 milyon avro olacaq”, - “Barselona”nın açıqlamasında bildirilir.

32 yaşlı Gündoğan 2016-cı ildən “Mançester Siti”də çıxış edir və komanda ilə 14 kubok, o cümlədən beş Premyer Liqa və bir Çempionlar Liqası qalibi olub. Ötən mövsüm alman yarımmüdafiəçi kapitan sarğısı ilə “vətəndaşlar” üçün meydana çıxıb.

 

 

 

Diaspora