Elitar idmançımız Zaur Cəfərovdan 300 kq nəticə ilə 6-cı Avropa çempionatında möhtəşəm qələbə

Elitar idmançımız Zaur Cəfərovdan 300 kq nəticə ilə 6-cı Avropa çempionatında möhtəşəm qələbə backend

Zaur Cəfərov 2-ci dəfə Elitar idmançı tituluna yiyələnib, Avropa çempionu və mütləq Avropa çempionu adına layiq görülüb.

QAZİLER.AZ  AZƏRTAC-a istinadən xəbər verir ki, Qırğızıstanın paytaxtı Bişkek şəhərində pauerliftinqin AWPC/WPC versiyası üzrə açıq Avropa çempionatı keçirilib. 600-ə yaxın idmançının mübarizə apardığı yarışda Qazaxıstan, Özbəkistan, Belarus, Monqolustan, Rusiya, Hindistan, Türkiyə, İran və digər ölkələrdən atletlər birincilik uğrunda mübarizə aparıblar.

Açıq Avropa çempionatında baş hakimlik edən beynəlxalq dərəcəli hakim Zaur Cəfərov həm də ölkəmizi pauerliftinqin AWPC versiyası üzrə (dopinq kontrol diviziyonunda) “bench press” hərəkətində layiqincə təmsil edib.

Altı qat dünya çempionumuz “bench press” hərəkətində 300 kq nəticə ilə Avropa çempionu və mütləq Avropa çempionu adına layiq görülüb. Bununla da o, artıq ikinci dəfə Elitar idmançı titulunu əldə edib.

Xatırladaq ki, Zaur Cəfərov Azərbaycanın Əməkdar idman ustası, dopinq kontrol diviziyonda Elitar idmançı, Beynəlxalq dərəcəli hakim, Beynəlxalq dərəcəli idman ustası, dünya kubokunun sahibi, dopinq kontrol divizyonlarında dünya və Avropa rekordçusu, 6 qat dünya, 6 qat Avropa, mütləq dünya, mütləq Avropa çempionu, 9 qat Respublika çempionu, 3 dəfə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş Beynəlxalq turnirin qalibi və 2 dəfə mütləq çempiondur.

 

 

Diaspora