Azərbaycan güləşçiləri Türkiyədə keçirilən beynəlxalq turnirdə 12 medal qazanıblar (FOTO)

Azərbaycan güləşçiləri Türkiyədə keçirilən beynəlxalq turnirdə 12 medal qazanıblar (FOTO) backend

Azərbaycan güləşçiləri Türkiyənin İstanbul şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirəsinə həsr olunan turnirdə 12 medal (3 qızıl, 2 gümüş, 7 bürünc) qazanıblar.

Trend-in Azərbaycan Güləş Federasiyasına istinadən verdiyi məlumata görə, beynəlxalq turnirin yunan-Roma güləşində Qurban Qurbanovla (77 kq) Murad Əhmədiyev (97 kq) ikinci, Məhəmməd Əhmədiyev (87 kq) üçüncü yeri tutub.

Qadın güləşində Birgül Soltanova (62 kq) və Elnurə Məmmədova (53 kq) bütün rəqiblərinə qalib gələrək çempion olublar. Nigar Mirzəzadə (65 kq) fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

Sərbəst güləşdə isə Maqomed-Başir Xaniyev (70 kq) qızıl, İntiqam Vəlizadə (61 kq), Zirəddin Bayramov, Rəşid Babazadə (hər ikisi 65 kq), Orxan Abasov və Əşrəf Aşırov (79 kq) bürünc medal əldə ediblər.

Qeyd edək ki, turnirdə beynəlxalq dərəcəli hakim Xəyal Əliyev ədaləti qoruyub.

 

 

Diaspora