Bu gün “İnsan Resursları Zirvəsi 2023” tədbirində maraqlı məqam baş verib.
Axar.az xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov tədbir iştirakçılarından Vəfadar Babayev tərəfindən nərd duelinə dəvət olunmuşdu. Nazir isə bu təklifə müsbət cavab verərək, görüşün tezliklə baş tutacağını bildirmişdi.
Gün ərzində artıq həmin duel gerçəkləşib. Oyunun taleyi ilə bağlı isə Vəfadar Babayev bunu qeyd edib:
"Cənab nazir Fərid Qayıbov səhər söz verdi, axşamı sözünü tutdu. Öncə səmimiyyəti və təklifimi qəbul etdiyi üçün təşəkkür edirəm. Nərd bəhanə oldu bir növ, 2 saat maraqlı müzakirə/söhbətimiz oldu.
Hesaba gəldikdə isə ilk oyunda mars etsəm də, sonda təəssüf ki, Fərid bəy qalib gəldi".