Yeni mövsümdən iddialı olmağı hədəfləyən “Neftçi” baş məşqçi dəyişikliyinə hazırlaşır. Məlum olduğu kimi, “ağ-qaralar” Türkiyənin tanınmış mütəxəssislərindən biri olan Sergen Yalçınla danışıq aparırlar.
Publika.az-ın əldə etdiyi məlumata görə, artıq müzakirələrin böyük hissəsi yekunlaşıb. Tərəflər maddi məsələlərdə böyük ölçüdə razılığa gəliblər.
Türkiyədən öz məşqçilər korpusu ilə Bakıya gəlməyə hazırlaşan Sergen Yalçının “Neftçi”dəki illik maaşı 1 milyon avro (25,8 milyon TL) olacaq. Onunla 2 illik müqavilə imzalanacağı gözlənilir. Sergenin köməkçilərinin də məvacibi kifayət qədər yüksək olacaq.
Maraq üçün qeyd edək ki, 2021-ci ildə “Beşiktaş”la Türkiyə çempionu olan Yalçının İstanbul təmsilçisindəki illik məvacibi 6 milyon TL olub.