Almaniyanın "Bavariya" klubunun polşalı hücumçusu Robert Levandovski 9 dəqiqə ərzində 5 qol vuraraq Bundesliqada rekord müəyyən edib. "Report" xəbər verir ki, bu, Almaniya çempionatının 6-cı turu çərçivəsində "Volfsburq"a qarşı ev oyununda mümkün olub.
Futbolçu 51, 52, 55, 57 və 60-cı dəqiqələrdə fərqlənməyi bacarıb.Levandovski Bundesliqa tarixində oyuna əvəzetmə ilə daxil olduqdan sonra 5 qol vuran ilk oyunçu olub. O, görüşün 46-cı dəqiqəsində meydana çıxıb.
Polşalı futbolçu, həmçinin ən tez het-trik (4 dəqiqə) və pokerin (6 dəqiqə) müəllifi olub.
Oyun 5:1 hesabı ilə "Bavariya"nın xeyrinə başa çatıb.