Lionel Messinin Argentina millisi ilə Pekinə gəlişi Çin sosial mediasının əsas mövzusuna çevrilib.
Publika.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. İyunun 15-də Çinin paytaxtında dünya çempionları Avstraliya yığması ilə yoldaşlıq oyunu keçirəcək.
Pekində Messinin köynəkləri geyinmiş yüzlərlə azarkeş hava limanında və Argentina millisinin qaldığı oteldə saatlarla izdiham yaradıblar.
Onların bir çoxu sosial şəbəkədə canlı yayım açıblar. Messi Çinə yeddinci, 2017-ci ildən bəri isə ilk dəfə gəlib. Ölkəyə əvvəlki səfərlərinin hər birində futbolçunun çoxsaylı azarkeşləri onu hərarətlə qarşılayıblar.