Həmişə müsəlman ölkədə yaşamaq istəmişəm - Kərim Benzema

 Həmişə müsəlman ölkədə yaşamaq istəmişəm -  Kərim Benzema backend

"Real Madrid"dən "Əl İttihad"a keçən Kərim Benzema bu seçiminə səbəb kimi müsəlman ölkəsində yaşamaq istəyi ilə bağlı olduğunu bildirib.

Qaziler.az xəbər verir ki, Səudiyyə Ərəbistanının Pro Liqa komandalarından olan "Əl İttihad",  "Real Madrid"lə yollarını ayıran Kərim Benzemanı heyətinə qatdığını açıqlayıb.

Fransalı ulduz Kərim Benzema Ərəbistan təmsilçisi "Əl İttihad"la 2026-cı ilə qədər müqavilə imzalayıb.

"Əl İttihad" Kərim Benzemaya illik 200 milyon avro maaş verəcək. Fransız hücumçunun 3 il ərzində ümumilikdə 600 milyon avro qazanacağı açıqlanıb.

Təcrübəli futbolçu transferi ilə bağlı diqqət çəkən açıqlamalar verib.

Əl-İttihad seçimindən danışan ulduz futbolçu bu ifadələrdən istifadə edib:

"Mən müsəlmanam və Səudiyyə Ərəbistanı da müsəlman ölkəsidir. Həmişə müsəlman ölkəsində yaşamaq istəmişəm. Əvvəllər Səudiyyə Ərəbistanında olmuşam və orada özümü yaxşı hiss etmişəm. Ailəmlə Səudiyyə Ərəbistanına köçmək barədə danışanda, onlar hamısı çox xoşbəxt oldu. İndi buradayam, mənim üçün olmaq istədiyim yer də budur", - deyə bildirib.

QAZİLER.AZ

Diaspora