Ronaldo futboldan nə vaxt ayrılacağını açıqladı

Ronaldo futboldan nə vaxt ayrılacağını açıqladı backend

Səudiyyə Ərəbistanı liqasının komandalarından olan “Əl-Nassr”da oynayan Kriştiano Ronaldo karyerası ilə bağlı diqqət çəkən açıqlamalar verib.

Qaziler.az xəbər verir ki, o bu barədə mətbuata açıqlaması zamanı danışıb.

"Karyerama 2-3 il qalıb. İndi özümə daha yaxşı baxmalıyam, bu vacibdir. Hazır olanda ayaqqabılarımı asacağam və sonra karyeramın necə davam edəcəyi ilə bağlı işlərim var. dərslərim var. Bir. futbol klubuna sahib olmaq istəyirəm”, - portuqaliyalı superulduz deyib.

Ronaldo Səudiyyə Ərəbistanının dünyanın ən yaxşı liqaları arasında olacağını vurğulayıb: “Benzemanın Səudiyyə Ərəbistanına gələcəyini bilirdim. Ulduz futbolçuların gələcəyini sizə söyləmişdim. Səudiyyə Ərəbistanı Liqası dünyanın ən yaxşı 5 liqası arasında olacaq”.

Yanvarda "Mançester Yunayted"dən ayrılan və "Real Madrid"ə üz tutan Ronaldo "Burada olmaqdan həmişə xoşbəxtəm, İspaniyaya çoxlu sərmayə qoyuram. İspaniyanı çox sevirəm. Burada evim var və burada yaşamağa ümid edirəm. Təqaüdə çıxanda yaşayacağım yerlərdən biri olacaq”, ifadələrini işlədib.

Qeyd edək ki, Ronaldo Səudiyyə Ərəbistanı Liqasında 16 oyun keçirib, 14 qol vurub.

QAZİLER.AZ

Diaspora