"Əlvida" deməyin vaxtı gəlib çatdı" - İbrahimoviç

"Əlvida" deməyin vaxtı gəlib çatdı" - İbrahimoviç backend

"Milan"ın hücumçusu Zlatan İbrahimoviç futboldan ayrıldığını açıqlayıb.

Hücumçu bunu İtaliya çempionatının 38-ci turunun "Verona" ilə oyunundan (3:1) sonra açıqlayıb.

“"Əlvida" deməyin vaxtı gəlib çatdı. Futbolla vidalaşmağın vaxtıdır”, - 41 yaşlı isveçli final fitindən sonra keçirilən mərasimdə deyib.

Milan azarkeşləri futbolçunun vida nitqindən sonra onu alqışlarla mükafatlandırarkən futbolçu göz yaşlarını saxlaya bilməyib.

İbrahimoviç “Malmö”, “Ayaks”, “Yuventus”, “İnter”, “Barselona”, “Milan”, “PSJ”, “Mançester Yunayted” və “Los Anceles Qalaksi” klublarında çıxış edib.

Karyerası ərzində o, beş dəfə İtaliya çempionu olub (iki dəfə "Milan"la və üç dəfə "İnter"lə), dörd dəfə Fransa çempionu olub, iki dəfə Hollandiya, bir dəfə isə İspaniya çempionu olub. Futbolçu həmçinin Avropa Liqası, Hollandiya kuboku, Hollandiya, İtaliya, İspaniya və Fransa Superkubokları, İngiltərə Liqa Kuboku və Fransa Liqa Kubokunun qalibi olub.

QAZİLER.AZ

 

Diaspora