Bakıda təşkil olunan taekvondo üzrə dünya çempionatında son günün döyüşləri keçirilir.
QAZİLER.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, mundailda bu gün qadınlarda 53 kq, kişilərdə +87 kq çəki dərəcələrində mükafatçılar bəlli olacaq.
Azərbaycan millisinin heyətində Həmidrza Bədriəliabadi çempionata qələbə ilə başlayıb. O, 1/16 finalda Nouhum Diavaranı (Mali) 2:1 hesabı ilə məğlub edib. Taekvondoçumuz ikinci qarşılaşmasında fransalı Omar El Yazidini sınağa çəkəcək.
Digər yığma üzvü Səmərrux Osmanova 1/16 finalda Mariella Bou Habib (Livan) ilə üz-üzə gəlib. 1:2 hesabı ilə uduzan təmsilçimiz yarışla vidalaşıb.
Qeyd edək ki, dünya çempionatına 145 ölkədən 949 taekvondoçu qatılıb.
![](https://img.qaziler.az/gallery/2023/06/141186_647c55e074491.jpg)
![](https://img.qaziler.az/gallery/2023/06/141186_647c55e07453d.jpg)
![](https://img.qaziler.az/gallery/2023/06/141186_647c55e074577.jpg)
![](https://img.qaziler.az/gallery/2023/06/141186_647c55e0745a9.jpg)