Qafqazlı İtaliyada mövsümün ən yaxşısı seçildi

Qafqazlı İtaliyada mövsümün ən yaxşısı seçildi backend

"Napoli"nin gürcüstanlı yarımmüdafiəçisi Xviça Kvaratsxeliya 2022/23 mövsümü üçün İtaliya Futbol Çempionatının ən yaxşı oyunçusu seçilib.

QAZİLER.AZ  Axar.az-a istinadən  xəbər verir ki, Kvaratsxeliya İtaliya çempionatının 33 matçında 12 qol vurub və 13 məhsuldar ötürmə edib. “Napoli” 33 ildən sonra ilk dəfə İtaliya çempionu olub.

22 yaşlı Kvaratsxeliya 2022-ci ilin yayında Gürcüstanın "Dinamo"sundan (Batumi) "Napoli"yə keçib, əvvəllər Kazan "Rubin" və Moskva "Lokomotiv"ində çıxış edib.

İtaliya çempionatının son turunda “Napoli” iyunun 4-də “Sampdoriya”nı qəbul edəcək.

 

 

 

Diaspora