"Napoli"nin gürcüstanlı yarımmüdafiəçisi Xviça Kvaratsxeliya 2022/23 mövsümü üçün İtaliya Futbol Çempionatının ən yaxşı oyunçusu seçilib.
QAZİLER.AZ Trend-ə istinadən verdiyi məlumata görə, Kvaratsxeliya İtaliya çempionatının 33 matçında 12 qol vurub və 13 məhsuldar ötürmə edib. “Napoli” 33 ildən sonra ilk dəfə İtaliya çempionu olub.
22 yaşlı Kvaratsxeliya 2022-ci ilin yayında Gürcüstanın "Dinamo"sundan (Batumi) "Napoli"yə keçib, əvvəllər Kazan "Rubin" və Moskva "Lokomotiv"ində çıxış edib.
İtaliya çempionatının son turunda “Napoli” iyunun 4-də “Sampdoriya”nı qəbul edəcək.