FİFA Arda Turanla bağlı qərarını açıqladı

FİFA Arda Turanla bağlı qərarını açıqladı backend

FİFA “Barselona”nın daha bir müraciətinə cavab verib. Apasport.az saytı xəbər verir ki, Kataloniya klubunun yeni transferi Arda Turanı daha tez oynatmaq istəyi yenə baş tutmayıb.

Məsələ burasındadı ki, Rafinya Alkantara ciddi zədələndikdən sonra “Barsa” onun yerinə Arda Turanı sifariş etmək istəyib. Bu səbəbdən ispanlar ali futbol qurumuna müraciət etmişdilər. Lakin FİFA bu istəyi rədd edib və “Barselona”nın yeni transferlərinə 2016-cı ilin yanvarına qədər oynamaq qadağasını qüvvədə saxlayıb.

Qeyd edək ki, Arda Turanla yanaşı, “Barselona”nın daha bir transferi Aleks Vidal da qış fasiləsinə qədər komandaya kömək edə bilməyəcək.
Diaspora