Qarabağ qaziləri İsveçrə Qran-prisində iştirak edəcəklər

Qarabağ qaziləri İsveçrə Qran-prisində iştirak edəcəklər backend

Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə millisinin üzvləri, Qarabağ qaziləri Ömər Bozbaxov və Ramiz Sadıqlı İsveçrənin Notvil şəhərində keçiriləcək Qran-pridə iştirak edəcəklər.

Komitədən verilən məlumata görə, onlar nüvə itələmə növündə mübarizə aparacaqlar.

Hər iki atlet Beynəlxalq Paralimpiya Komitəsinin qaydalarına uyğun olaraq idmançılar üçün təşkil edilmiş tibbi təsnifatdan uğurla keçib.

Qran-pri cari ilin iyulunda Fransanın paytaxtı Parisdəki dünya çempionatına lisenziya qazandırır.

Qeyd edək ki, daha əvvəl yığmanın üzvü, Qarabağ qazisi Rasim Yaxin dünya çempionatında iştirakını təmin edib.

Diaspora