Bakıda keçirilən bədii gimnastika üzrə 39-cu Avropa çempionatında qrup hərəkətlərində 65.400 xal (iki hərəkətlər üzrə nəticələrin cəmi - beş halqa, həmçinin üç lent və iki top) toplayan Azərbaycanın böyüklərdən ibarət yığma komandası çoxnövçülükdə bürünc medal qazanıb.
Trend xəbər verir ki, Bolqarıstanın böyüklərdən ibarət komandası qızıl medala layiq görülüb, iki proqramın icrasına görə hakimlər ona 68,050 xal veriblər.
İki hərəkət proqramı üzrə 67.300 xal olan İsrailin böyüklərdən ibarət komandası gümüş medalı qazanıb.
Xatırladaq ki, Azərbaycan yığmasının heyətində Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Qummətova, Elizaveta Luzan və Daria Sorokina yer alıb.
Qeyd edək ki, 17-21 may tarixləri arasında Bakıda yerləşən Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 39-cu Avropa çempionatı keçirilir. Bakıda "Shine like a star" (Ulduz kimi parla) şüarı altında keçirilən Avropa çempionatında 38 ölkədən gimnastlar iştirak edirlər.