Neftçi" "Fənərbağça" ilə eyni turnirdə iştirak edə bilər

Neftçi" "Fənərbağça" ilə eyni turnirdə iştirak edə bilər backend

"Neftçi" bu yay Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək yoldaşlıq tunirində iştirak edə bilər.

QAZİLER.AZ  Axar.az-a istinadən xəbər verir ki, bu barədə klubdan "Sport-ekspress" nəşrinə açıqlama verilib.

Bildirilib ki, "ağ-qaralar" mini-turnirə qatılmaqda maraqlıdır: "Danışıqlar gedir, lakin hələlik iştirakımızı rəsmən təsdiqləyə bilmirik".

Turnirdə Rusiyanın "Zenit", Türkiyənin "Fənərbağça" və Serbiyanın "Srvena Zvezda" komandaları da mübarizə aparacaq.

Qeyd edək ki, daha əvvəl Moskva "Dinamo"sunun da turnirə qatılacağı bildirilib. Lakin paytaxt klubunda baş məşqçi dəyişikliyi olduğundan, sözügedən kollektivi məhz "Neftçi"nin əvəzləyəcəyi gözlənilir.

 

 

 

Diaspora