FIFA DÇ-2026-nın loqosunu təqdim edib - FOTO

FIFA DÇ-2026-nın loqosunu təqdim edib -  FOTO backend

2026-cı ildə təşkil olunacaq futbol üzrə dünya çempionatının loqosu təqdim edilib.

Bu barədə FIFA-nın rəsmi tviter hesabında paylaşım edilib. 

 Loqoda kubokun təsviri və yarışın keçiriləcəyi il yer alıb.

Tədbir Los-Anceles şəhərində ABŞ, Kanada və Meksikadan olan xüsusi qonaqların iştirakı ilə gerçəkləşib.

Ali futbol qurumunun prezidenti Canni İnfantina və braziliyalı ikiqat dünya çempionu Ronaldo da təqdimatda iştirak edib.

Qeyd edək ki, mundial ABŞ, Kanada və Meksikada baş tutacaq. Final mərhələsinə ilk dəfə olaraq 48 komanda qatılacaq.

Diaspora