Bakının “İnter” klubu heyətinə yeni futbolçu cəlb edib.
Klubdan AZƏRTAC-a bildiriblər ki, “İnter” albaniyalı futbolçu Emilian Vila ilə müqavilə imzalayıb. Razılaşmaya əsasən, hücumameyilli yarımmüdafiəçi altı ay müddətində Bakı təmsilçisində çıxış edəcək.
Qeyd edək ki, 28 yaşlı futbolçu “Dinamo” (Zaqreb, Xorvatiya), “Canina” (Yunanıstan) və Albaniyanın “Partizan” klublarında forma geyinib.