Messinin “Əl-Hilal”a transferi üçün yeganə şərt bəlli olub

Messinin “Əl-Hilal”a transferi üçün yeganə şərt bəlli olub backend

"Barselona"ya transfer uğursuz olarsa, Messi "Əl-Hilala" keçəcək

PSJ-nin argentinalı hücumçusu Lionel Messinin Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubuna transferi üçün yeganə şərt bəlli olub.

Qaziler.az bildirir ki, bu barədə TN-nin müxbiri Pablo Gravellone Twitter-də yazıb.

Jurnalistin fikrincə, hücumçu yalnız “Barselona”ya transfer edə bilməyəcəyi təqdirdə “Əl-Hilal”a keçəcək. TyC Sports-un müxbiri Qaston Edoul əlavə edib ki, Messi hələ Səudiyyə klubunun təklifini qəbul etməyib və gələcək planları ilə bağlı 2022/2023 mövsümü başa çatdıqdan sonra qərar vermək niyyətindədir.

Mayın 3-də L'Equipe Səudiyyə Ərəbistanının Messiyə "futbol tarixinin ən böyük təklifi" hazırladığını iddia etmişdi. Müqavilə bir neçə illikdir. Daha əvvəl “Əl-Hilal”da argentinalının ildə 400 milyon avro ödəməyə hazır olduğu bildirilirdi.

Diaspora