Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı dövlət qurumları arasında futbol çempionatında çempion məlum olub.
QAZİLER.AZ APA-ya istinadən xəbər verir ki, finalda Dövlət Təhlükəsizliyi Xidməti ilə Fövqəladə Hallar Nazirliyinin komandaları qarşılaşıb.
Final qarşılaşmasının əsas vaxtı 0-0 başa çatıb.
Qarşılaşmanın taleyini penaltilər bəlli edib.
Penalti seriyasında daha dəqiq olan FHN futbol komandası çempion olub.
Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 52 dövlət qurumunun komandasının iştirak etdiyi mini-futbol turniri çərçivəsində Fövqəladə Hallar Nazirliyinin komandası ümumilikdə 18 oyun keçirib. Komanda 17 oyunu qələbə, bir oyunu bərabərliklə bitirməklə finala məğlub olmadan ən çox qələbə qazanaraq irəliləyən yeganə komanda olub.