Messi komanda yoldaşlarından üzr istədi

Messi komanda yoldaşlarından  üzr istədi backend

Klubdan xəbərsiz Səudiyyə Ərəbistanına gedən və 2 həftə heyətdən kənarlaşdırılan Lionel Messi sosial media hesabından paylaşım edərək komanda yoldaşlarından üzr istəyib.

Qaziler.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, PSJ ilə olan müqaviləsinin mövsümün sonunda başa çatacaq Messinin klubu tərk edəcəyi ilə bağlı xəbərlər yayılıb.

Klubdan xəbərsiz Səudiyyə Ərəbistanına getdiyi üçün 2 həftə heyətdən kənarlaşdırılan Lionel Messi sosial media hesabında mövzu ilə bağlı instaqram hesabından paylaşım edib:

"Həmişə olduğu kimi, oyundan sonra bir gün istirahət edəcəyimizi düşünürdüm. Səudiyyə Ərəbistanına səfər təşkil etdim və bunu təxirə salmadım, çünki daha əvvəl bir dəfə etmişdim. Komanda yoldaşlarımdan üzr istəyirəm və klubun mənimlə bağlı qərarını gözləyin”, deyə Messi paylaşım edib.

QAZİLER.AZ

Diaspora