Şahmat tacı uğrunda keçirilən görüşün yeni qalibi bəlli olub.
QAZİLER.AZ Lent.az-a istinadən xəbər verir ki, çinli Din Liren rusiyalı Yan Nepomnyaşşiyə qalib gəlməklə yeni dünya çempionu adına yiyələnib.
Qazaxıstanın paytaxtı Astanada keçirilən görüşdə klassik şahmatda qalib müəyyənləşməyib – 7:7. Sürətli şahmat üzrə 4-cü oyunda isə Yan Nepomnyaşşiyə təslim olub.
Bununla da 30 yaşlı Din Liren şahmat tarixində 17-ci dünya çempionu olub. Bunadək dünya çempionu norveçli Maqnus Karlsen olsa da, o, rusiyalı şahmatçı ilə şahmat tacını müdafiə etməkdən imtina edib.