2023 Formula 1 Azərbaycan Qran Prisinin sprint yarışının qalibləri mükafatlandırılıb

2023 Formula 1 Azərbaycan Qran Prisinin sprint yarışının qalibləri mükafatlandırılıb backend

2023 Formula 2023 Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində Formula 1 komandalarının sprint yarışının qalibləri mükafatlandırılıb.

QAZİLER.AZ Trend-ə istinadən verdiyi məlumata görə, mükafatı Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, olimpiya çempionu Elnur Məmmədli təqdim edib.

Yarışın qalibi "Red Bull" pilotu Serxio Peres qalib olub. "Ferrari"dən Şarl Lekler ikinci, Peresin komanda yoldaşı Ferstappen üçüncü yeri tutub.

Qeyd edək ki, ötən gündən 2023 Formula 1 Azərbaycan Qran Prisi start götürüb. 28-30 aprel tarixlərində keçirilən yarışın 1-ci günündə Formula 1 və Formula 2 komandalarının sərbəst yürüşləri və sıralama turu keçirilib.

Yarışın 2-ci günü, yəni aprelin 29-da Formula 1 komandalarının 2-ci sərbəst yürüşü və Formula 1 və Formula 2 komandalarının qısa sprint yarışları baş tutacaq. Əsas yarışlar isə aprelin 30-da keçiriləcək, Formula 1 və Formula 2 üzrə qaliblər müəyyən ediləcək.

 

 

Diaspora