İlham Əliyev türkiyəli idmançıları təltif etdi

İlham Əliyev türkiyəli idmançıları təltif etdi backend

Prezident İlham Əliyev Türkiyə idmançıları Cansu Baktaş, Qamze Altun və Nuray Güngörü təltif edib.

AZƏRTAC xəbər verir ki, dövlət başçısı bununla bağlı müvafiq sərəncam imzalayıb.

Qərara alınıb ki, İrəvanda keçirilən ağır atletika üzrə Avropa Çempionatında qələbələrini Azərbaycan və Türkiyə arasında sarsılmaz qardaşlıq münasibətlərinin təzahürü kimi Azərbaycana həsr edən aşağıdakı Türkiyə idmançıları “Tərəqqi” medalı ilə təltif edilsinlər:

Cansu Bektaş

Qamze Altun

Nuray Güngör.

Diaspora