Rıza Kayaalp 12 qat Avropa çempionu oldu

Rıza Kayaalp 12 qat Avropa çempionu oldu backend

Xorvatiyada keçirilən güləş üzrə Avropa çempionatında yunan-Roma güləşi üzrə 130 kq çəki dərəcəsində türkiyəli güləşçi Rıza Kayaalp qızıl medal qazanıb.

QAZİLER.AZ  Publika.az-a istinadən xəbər verir ki, bu barədə ölkə mətbuatı məlumat yayıb.

O, seçmə mərhələdə serb Boris Petrusiçi, 1/4 finalda norveçli Oskar Marviki və yarımfinalda litvalı Mantas Knystautası texniki üstünlüklə (8-0) məğlub edərək finala çıxıb.

Rıza Kayaalp finalda azərbaycanlı Sabah Saleh Şəriəti 2:1 hesabı ilə məğlub edərək 12-ci dəfə Avropa çempionu olub.

Türk idmançı bununla da 12 qat Avropa çempionu olan rusiyalı Aleksandr Karelinin rekordunu təkrarlayıb.

 

 

Diaspora