Güləşçimiz erməniyə qalib gələrək finala çıxdı

Güləşçimiz erməniyə qalib gələrək  finala çıxdı backend

Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədov Xorvatiyanın paytaxtı Zaqrebdə davam edən Avropa çempionatında final görüşünə çıxıb. 

"Report"un məlumatına görə, 63 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Qraçya Poqosyanı (Ermənistan) sınağa çəkib.

Məmmədov bunadək 2 dəfə məğlub etdiyi erməni güləşçiyə yenə öz gücünü göstərib. Rəqibinə 5:1 hesabı ilə qalib gələn Azərbaycan idmançısı adını finala yazdırıb. O, qızıl medal uğrunda görüşdə Leri Abuladze (Gürcüstan) ilə üz-üzə gələcək.

Diaspora