"Qarabağ" Azərbaycan çempionatında 536 gündən sonra ilk məğlubiyyətini alıb.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, bu, Premyer Liqanın XXX turunda "Sabah"la keçirilən oyuna təsadüf edib.
"Bank Respublika Arena"da baş tutan qarşılaşmada bakılıların 2:1 hesablı qələbə qazanıblar. Murad Musayevin başçılıq etdiyi kollektiv Ağdam təmsilçisinin çempionatda 18 aylıq məğlubiyyətsizlik seriyasına son qoyub.
Qurban Qurbanovun baş məşqçi olduğu komanda buna qədər axırıncı dəfə 2021/2022 mövsümünün VIII turunda səfərdə “Səbail”ə uduzub. 2021-ci il oktyabrın 25-də keçirilən matçda "dənizçilər" 3:1 hesablı qələbə qazanıb.
“Qarabağ” iki məğlubiyyət arasında keçirdiyi 49 oyunun 40-da qələbə qazanıb, 9-da rəqibləri ilə heç-heçə edib.
Qeyd edək ki, hazırda “Qarabağ” 77 xalla turnir cədvəlinə başçılıq edir. “Sabah” isə 68 xalla ikinci pillədə qərarlaşır.