"Bavariya" Maneni Sane ilə dalaşdığına görə cərimələyib

"Bavariya" Maneni Sane ilə dalaşdığına görə cərimələyib backend

Almaniyanın "Bavariya" klubu hücumçu Sadio Maneni komanda yoldaşı Leroy Sane ilə dava etdiyinə görə cərimələyib.

QAZİLER.AZ  Trend-ə istinadən verdiyi məlumata görə, cərimənin məbləği 500 min avro təşkil edib.

Hadisə aprelin 11-də Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk matçında, "Bavariya"nın səfərdə "Mançester Siti"yə uduzduğu (0:3) oyundan sonra baş verib. KİV-in məlumatına görə, S.Mane L.Saneyə hücum edərək, onun üzünə yumruq zərbəsi endirib. Futbolçuların meydanda mübahisə etdiyi, daha sonra paltardəyişmə otağında yüksək tonlarda söhbəti davam etdirdiyi qeyd edilib.

 

 

Diaspora