Millimizin futbolçusunu Koreyada QOVDULAR

Millimizin futbolçusunu Koreyada QOVDULAR backend

Azərbaycan millisinin futbolçusu Anton Krıvotsyuk “Tecon Hana Sitizen”in heyətində Cənubi Koreya çempionatının VI tur oyununda qırmızı vərəqə alıb.

Apasport.az xəbər verir ki, 24 yaşlı müdafiəçi “Suvon”la səfər matçını tamamlaya bilməyib.

Start heyətində meydana daxil olan Krıvotsyuk 76-cı dəqiqədə hesab 3:3 olarkən birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Bundan sonra 2 qol buraxan “Tecon Hana Sitizen” 3:5 hesabı ilə məğlub olub.

Qeyd edək ki, Anton Krıvotsyukun komandası hazırda 11 xalla turnir cədvəlinin 4-cü pilləsindədir

 

 

Diaspora