Buz rəqsi üzrə 2006-cı il Olimpiya çempionu Roman Kostomarovun atası Sergey Kostomarov oğlunun durumundan danışıb.
"Romanla danışmağa vaxtınız olubmu və onun vəziyyəti necədir?" sualına, hər şey yaxşıdır, deyə, cavab verib.
Fiqurlu konkisürənin xəstəxanaya yerləşdirilməsi yanvarın 10-da məlum olub. Onun pnevmoniya diaqnozu ilə reanimasiyada olduğu və ağciyərin süni ventilyasiyasında olduğu, vəziyyətinin son dərəcə ağır olduğu bildirilib.
Daha sonra idmançı Kommunarkadakı xəstəxanaya yerləşdirilib, reanimasiya aparılıb və ECMO-ya qoşulub. Həmçinin bildirilib ki, Kostomarovun sağ gözü görmə qabiliyyətini itirib, həmçinin iki dəfə insult keçirib.
Fevralın 7-də xəbər verilib ki, Roman Kostomarovun hər iki ayağı amputasiya edilib. Həmçinin, sonradan barmaqların amputasiyası ilə bağlı məlumatlar yayılıb.
Bundan əvvəl Kostomarovun sosial şəbəkələrə qayıtdığı bildirilirdi.
QAZİLER.AZ