Rusiya və Belarus idmançıları Bakıdakı dünya çempionatına buraxılacaqlar

Rusiya və Belarus idmançıları Bakıdakı dünya çempionatına buraxılacaqlar backend

Dünya Taekvondo Federasiyası Rusiya və Belarusdan olan idmançıların beynəlxalq turnirlərdə iştirakına icazə verib.

Bu barədə Rusiya millisinin baş məşqçisi Vadim İvanov məlumat verib:

“Bir saat əvvəl Dünya Taekvondo Federasiyasının Şurasının toplantısı başa çatıb. Rusiya və Belarus idmançılarının yarışlarda iştirakına icazə verilməsi ilə bağlı qərar qəbul edilib”.

İvanov bildirib ki, ruslar üçün ilk yarış bu il mayın 29-dan iyunun 6-dək Bakıda keçiriləcək dünya çempionatı olacaq.

Xatırladaq ki, Ukraynaya hərbi müdaxiləyə görə Rusiya və Belarus idmançıları əksər idman yarışlarında iştirakdan məhrum ediliblər. (oxu.az)

Mənbə: TASS

Diaspora