“Uayt Hart Leyn”də oynamaq bizim üçün həmişə üstünlük deməkdi. Doğma divarlar arasında meydana çıxmaq əla hissdi”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Tottenhem”in futbolçusu Tom Kerroll deyib.
Avropa Liqasının qrup mərhələsi çərçivəsində London klubu bu gün ilk oyununu keçirəcək. “Tottenhem”in rəqibi isə Azərbaycan təmsilçisi “Qarabağ” olacaq.Bu görüşlə bağlı danışan 23 yaşlı yarımmüdafiəçi meydana yalnız qələbə üçün çıxacaqlarını bildirib.
O qeyd edib ki, oyunun “Uart Hart Leyn” stadionunda keçirilməsi “Tottenhem” üçün üstünlükdü: “Bütün futbolçular “Qarabağ”la matçı səbirsizliklə gözləyirlər. Meydana ancaq qələbə üçün çıxacağıq. “Qarabağ”a qalib gəlməliyik. Düşünürəm ki, əla heyətimiz var və bu, qələbə əldə etməyə imkan verir. Ümumiyyətlə, öz meydanımızda həmişə yaxşı təsir bağışlayırıq. “Qarabağ”la görüşdə də qalib gəlməklə, qələbə seriyası əldə etməliyik”. Bu bizə növbəti matçlara daha rahat çıxmağa imkan verəcək”.
Qeyd edək ki, “Tottenhem” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 00:05-də start götürəcək.