Neftçi" qələbəni əldən verdi

Neftçi" qələbəni əldən verdi backend

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXVIII turunda daha matçı baş tutub.

QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, günün ilk matçında "Kəpəz" "Səbail"i qəbul edib. Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla xallarının sayını 25-ə çatdıran "Kəpəz" 7-ci pilləyə yüksəlib. 18 xala malik "Səbail" 10-cu sırada qərarlaşıb.

Qeyd edək ki, günün digər görüşündə "Zirə" "Neftçi"ni qəbul edəcək. Turun açılış oyununda "Sumqayıt" səfərdə "Turan Tovuz"u 3:2 hesabı ilə məğlub edib. Tura aprelin 2-də keçiriləcək "Şamaxı" - "Qarabağ" və "Sabah" - "Qəbələ" matçları ilə yekun vurulacaq.

Günün ikinci matçında "Neftçi" "Zirə"nin qonağı olub.

Matç 1-1 hesabı ilə başa çatıb. Qonaqların heyətində 12-ci dəqiqədə Kilan Lebon hesabı açıb. Komanda yoldaşı Kenni Sayef 70-ci dəqiqədə avtoqola imza atıb.

Bu nəticədən sonra xallarının sayını 57-yə çatdıran "Neftçi" üçüncü pillədə qərarlaşıb. "Qartallar" 38 xalla dördüncüdür.

 

 

Diaspora