Rusların "Uimbldon 2023"-ə buraxılmasına sevinmək hələ tezdir - Çesnakov

Rusların "Uimbldon 2023"-ə buraxılmasına sevinmək hələ tezdir - Çesnakov backend

1989-cu ildə Rolan Qarrosun yarımfinalçısı Andrey Çesnokov rusiyalı idmançıların Uimbldona buraxılacağı xəbərini şərh edib.

Qaziler.az Rusiya mətbuatına istinadən xəbərinə görə, Çesnakov xəbərdarlıq edib ki, sevinmək, eləcə də təklif olunan şərtləri yekun hesab etmək hələ tezdir: indi sənədləri imzalamağa dəyməz.

“Uimbldon"a qəbulla bağlı xəbərlər yaxşıdır, lakin bir “amma” var. Təşkilatçılar nəyəsə imza atmaq istəyirlər. Hesab edirəm ki, imzalana biləcək hər şey artıq imzalanıb. ATP və WTA qaydalarında hər şey yazılıb, o cümlədən matçın qaydaları, oyunçunun davranışı və hətta müsahibə: oyunçu nəyi deyə bilər, nəyi yox. Oyunçuların başqa bir şey imzalaması lazım deyil.

"İndi bir sənədi, sonra digərini imzalamağı tələb edəcəklər. Bu dastan keçən il başlayıb. Hər şey əvvəlcədən edilir. İndi bütün bu bəyannamələrin  vaxtında deyil, hər şey imzalanıb. Mənim üçün hər şey sadədir: il yarım ərzində siyasi mənada mənfi heç nə deməyən idmançıya ya icazə verirsən, ya da vermirsən. Bu "amma" tamamilə fərqli bir hekayədir" - deyə Çesnokov bildirib.

Qeyd edək ki, bu gün yayılan məlumata görə, Rusiya və Belarus tennisçilərinin "Uimbldon" turnirində iştirakına icazə verilib.

Amma onlar əvvəlkitək öz ölkələrinin hökumətlərinə dəstək ifadə edə bilməyəcəklər. Həmçinin, dövlətdən maliyyə yardımı alan idmançılar üçün qadağa qüvvədə saxlanılıb.

QAZİLER.AZ

Diaspora