Triatlon Federasiyasının yeni prezidenti bəlli oldu

Triatlon Federasiyasının yeni prezidenti bəlli oldu backend

Azərbaycan Triatlon Federasiyasının yeni prezidenti bəlli olub.

Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, səsvermə qurumun ümumi yığıncağında baş tutub.

Nazirliyin inzibati binasında gerçəkləşən tədbir Dövlət Himninin səsləndirilməsi ilə start götürüb.

Gənclər və idman naziri Fərid Qayıbov yığıncaq iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb. Federasiyanın iki gün əvvəl istefa vermiş prezidenti Elçin Əliyev hesabat məruzəsi ilə çıxış edib və səsvermə ilə hesabat qəbul edilib.

Sonra federasiyanın nizamnaməsinə əlavə və dəyişikliklər müzakirə edilərək qəbul olunub.

Ardınca yeni seçki keçirilib. Fərid Fərhadzadə Azərbaycan Triatlon Federasiyasının yeni prezidenti seçilib.

Qeyd edək ki, F.Fərhadzadə 2022-ci ildə İtaliyada keçirilmiş beynəlxalq yarışda uğurla iştirak edərək "Dəmir adam" (“Full İronman”) titulunu qazanıb. Yeni seçilmiş federasiya prezidenti çıxış edərək bildirib ki, bundan sonra bu idman növünün inkişafı üçün əlindən gələni edəcək. O, həmçinin federasiyanın bundan əvvəlki rəhbərliyinə də ötən dövrdəki fəaliyyətinə görə təşəkkür edib.

Yığıncaqda həmçinin Fəxri Əkbərov və Adilə Süleymanova federasiyanın İdarə Heyətinə yeni üzv seçiliblər.

Diaspora