“Çelsi"nin braziliyalı futbolçusu Dieqo Kosta məktəb açıb. Lent.az-ın xarici KİV-lərə istinadən məlumatına görə, 27 yaşlı futbolçu vətənində aztəminatlı ailələrin təhsil alması üçün məktəb açıb.
Laqarta şəhərində açılan yeni məktəbdə təkcə futbolun sirlərini öyrənmək yox, həm də təhsil almaq mümkün olacaq.Qeyd edək ki, Kosta “Çelsi”yə ötən ilin yayında “Atletiko”dan transfer olunub.